• 4 İyul 2025
logo
"Fitch": 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyəti nisbətən yaxşılaşacaq

"Fitch": 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyəti nisbətən yaxşılaşacaq

"Fitch Ratings" beynəlxalq agentliyi 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyətinin COVID-19 pandemiyasının pik dövrü ilə müqayisədə yaxşılaşacağını, lakin tam bərpa ola bilməyəcəyini güman edir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, müxtəlif regionlarda xəstələnənlərin artan sayı və hava səyahəti məhdudiyyətləri sərnişin axınını ən azı 2021-ci ilin birinci yarısı boyu aşağı səviyyədə saxlayacaq. "Fitch" gələn ilin III rübündən başlayaraq yaxşılaşma proqnozlaşdırır və bu prosesin ilin sonunadək davam edəcəyini bildirir. Bundan əlavə, COVID-19-a qarşı peyvəndin kütləvi istifadəsi nikbin proqnozlar üçün güclü zəmin yaradır.

Agentlik qeyd edir ki, gələn il proqnozlaşdırılan irəliləyişə baxmayaraq, bir sıra nisbətən kiçik və kapitallaşması zəif olan aviaşirkəti müflisləşmə gözləyir.