• 12 İyul 2025
logo
Nazir: “Bu il iqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirdi”

Nazir: “Bu il iqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirdi”

“Vətən müharibəsində əldə etdiyimiz qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davam etdirilməsi üçün daha möhkəm zəmin yaradıb”

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirilib: “İqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirdi. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanları geri qayıtması, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir”.