• 4 İyul 2025
logo
"Brent" neftinin qiyməti 57 dolları keçib

"Brent" neftinin qiyməti 57 dolları keçib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,27% artaraq 1 barelə görə 57,3 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,17% artaraq 53,83 dollar təşkil edib.

Xatırladaq ki, "Saxo Bank"ın proqnozlarına görə, cari ilin ikinci yarısında neftin qiyməti 60 dollara çatacaq.