• 26 Dekabr 2024
logo
Azərbaycan bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ

Azərbaycan bu il qaz hasilatını 8% artıracaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın gündəlik təbii qaz hasilatının həcmi neft bareli ekvivalentində 670 min barel və ya 110,04 mln. kubmetr təşkil edəcək. Bu, 2020-ci illə müqayisədə 8,1% çoxdur.

Bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

2022-ci il üçün isə Fondun ölkə üzrə gündəlik qaz hasilatı proqnozu 710 min barel və ya 116,61 mln. kubmetrə bərabərdir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə 37,14 mlrd. kubmetr və ya gündəlik olaraq 620 min barel və ya 101,83 mln. kubmetr təbii qaz hasil edib.