Bu ilin mart ayında Azərbaycan üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt-st artaraq 2 364,3 mln. kVt-st olub. Ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln. kVt-st, idxalı isə 11,0 mln. kVt-st təşkil edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 924,9 mln. kVt-st olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln. kVt-st azalaraq 6 604,0 mln. kVt-st, SES-lərdə 15,69 mln. kVt-st artaraq 236,09 mln. kVt-st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,7 mln. kVt-st azalaraq 84,9 mln. kVt-st olub. Bu dövrdə külək elektrik stansiyalarında 22,56 mln. kVt-st, günəş elektrik stansiyalarında 9,2 mln. kVt-st, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 mln. kVt-st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6257,2 mln. kVt-ts (İES-lərdə 6041,3 mln. kVt-st, SES-lərdə 215,9 mln. kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln. kVt-st (İES-lərdə 56,08 mln. kVt-st, SES-lərdə 17,13 mln. kVt-st, GES-də 8,43 mln. kVt-st), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln. kVt-st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln. kVt-st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 mln. kVt-st olub. İrandan 8,2 mln. kVt-st, Rusiyadan 15,3 mln. kVt-st, Gürcüstandan isə 8,6 mln. kVt-st elektrik enerjisi idxal edilib.
2021-ci ilin 3 ayı ərzində elektrik enerjisinin ixracı 509,0 mln. kVt-st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 mln. kVt-st artıb. İrana 8,3 mln. kVt-st, Türkiyəyə 12,7 mln. kVt-st, Rusiyaya 23,1 mln. kVt-st, Gürcüstana isə 464,9 mln. kVt-st elektrik enerjisi ixrac edilib.