• 30 Aprel 2024
logo
Azərbaycanda tikinti materiallarının istehsalı 10% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 10% artıb

Bu ilin yanvar-mart ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 134,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 50,4%, hörmə üçün hazır beton qarışığının istehsalı 43,5%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7%, tikinti əhənginin istehsalı 21,9%, tikinti gipsinin istehsalı 10,3%, tikinti kərpicinin istehsalı 2,7% artıb, sementin istehsalı 8%, asfaltın istehsalı isə 83,7% azalıb.