Bu ilin I rübündə Azərbaycana ümumi dəyəri 10,727 mln. ABŞ dolları olan 15 558,69 ton düyü idxal edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, , ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk üç ayında Azərbaycana idxal edilən düyün dəyəri 17,3% həcmi isə 8% artıb.
Hesabat dövründə düyü idxalının ölkənin ümumi idxalındakı payı 0,4%-ə bərabər olub.