• 12 İyul 2025
logo
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur

Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur

Belarus Azərbaycanla aqrar sahədə təcrübə və biliklərini paylaşmağa hazırdır.

Trend-in məlumatına görə, bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç deyib.

O bildirib ki, söhbət Qarabağda bütün infrastrukturun bərpasından gedir:

"Belarusda mövcud olan aqroşəhərciklərin Qarabağda tikintisi nəzərdə tutulur. Bundan başqa, su elektrik stansiyalarının, elektrik şəbəkələrinin, su təchizatı şəbəkələrinin bərpasından söhbət gedir. Bir sözlə, həmin ərazilərdə kompleks tikintinin həyata keçirilməsi planlaşdırılır".