2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 31,233 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2021-ci ilin mart ayında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2020-ci ilin mart ayına nisbətən 20,9 faiz artaraq 12,267 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına mebel və oduncaq ixracı 1,515 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb.
Son 12 ayda (mart 2020 - mart 2021) Türkiyə 5,756 milyard dollar məbləğində mebel və oduncaq ixrac edib.