• 27 Dekabr 2024
logo
Rusiya qaz hasilatı və ixracı üzrə proqnozlarını azaldıb

Rusiya qaz hasilatı və ixracı üzrə proqnozlarını azaldıb

Rusiyada 2035-ci ildə qaz istehsalı 838,3 mlrd. – 1,048 trln. civarında olacağı proqnozlaşdırılır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyada 2035-ci ilədək qaz sənayesinin inkişafı üzrə yenilənmiş əsas sxemdə qeyd olunur.

Məlumata görə, sxemin öncəki variantında qaz hasilatının 847 mlrd. - 1,055 trln. civarında olacağı qeyd olunurdu.

Bildirilir ki, 2035-ci ildə Rusiyanın qaz ixracı 330-472 mlrd. kubmetr civarında olacaq. Sxemin öncəki redaksiyasına əsasən, bu göstərici 339-480 mlrd. səviyyəsində olacağı proqnozlaşdırılırdı.