• 26 Dekabr 2024
logo
"Şahdəniz"dən bu il 5 mlrd. kubmetrdən çox qaz hasil edilib

"Şahdəniz"dən bu il 5 mlrd. kubmetrdən çox qaz hasil edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10,4 mlrd. kubmetr qaz hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qazın 3,4 mlrd. ku metri "Azəri-Çiraq-Günəşli" yataqlar blokundan, 5,1 mlrd. kubmetri isə "Şahdəniz" yatağından hasil edilib.

Məlumata görə, hasil edilən qazın 1,9 mlrd. kubmetri SOCAR-ın payına düşüb.

"Ötən ilin müvafiq dövrünə nisbətən 4%, yəni 407 mln. kubmetr artımla qaz hasil edilib", - nazirlikdən bildirilib.