Bu ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 1 133,3 mln. manat vəsait yönəldilib ki, bu da illik müqayisədə 7,6% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 011,7 mln. manatı (89,3%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olmuşdur.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 365,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.
Ümumi sərmayənin 26%-i dövlət, 74,%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 74,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib.