• 26 Dekabr 2024
logo
Azərbaycanda banklardan kənarda nağd pulun həcmi 24% artıb

Azərbaycanda banklardan kənarda nağd pulun həcmi 24% artıb

2021-ci ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3) həcmi 29 299,5 manat təşkil edib ki, bu da illik müqayisədə 9,7% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, aylıq müqayisədə bu göstərici 2,5% artıb. İlin əvvəlindən isə M3 aqreqatı ölkədə 0,4% artıb.

Qeyd edək ki, Azərbaycanda banklardan kənarda nağd pulun (M0) həcmi martda 1,3% artaraq aprelin 1-nə 10 589,6 mln. manata çatıb. İllik müqayisədə bu göstərici 24,1% artıb, ilin əvvəlində isə 1,7% azalıb.