Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasına kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə 4,15 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 15,8% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bank və kredit təşkilatları tərəfindən heyvandarlıq sahəsi ilə məşğul olan sahibkarlara bu ilin ilk rübündə 3,43 mln. manatdan çox kredit verilib. Ötən illə müqayisədə qeyd olunan sahə üzrə kreditləşmənin həcmi 9% artıb.
1 aprel 2021-ci il tarixinə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 305 baş, qoyun və keçilərin sayı 784 027 baş olub ki, bu da 1 aprel 2020-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,8% və 2,1% üstələyib.