• 27 Dekabr 2024
logo
Azərbaycan nefti ötən həftə 1%-dək bahalaşıb

Azərbaycan nefti ötən həftə 1%-dək bahalaşıb

Ötən həftə ərzində (19-23 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,52 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,57 dollar və ya 0,88% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 66,52 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 65,07 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 1,09 dollar və ya 1,67% azdır.