• 27 Dekabr 2024
logo
"Moody's" qlobal enerji sektoru üzrə proqnozunu yüksəldib

"Moody's" qlobal enerji sektoru üzrə proqnozunu yüksəldib

"Moody's" beynəlxalq reytinq agentliyi enerji qiymətlərinin artması və enerji daşıyıcılara olan tələbatın yaxşılaşması fonunda qlobal enerji sektoru üzrə proqnozunu "sabit"dən "müsbət"ə yüksəldib.

Bu barədə "APA-Economics" "Moody's"in məlumatına istinadən xəbər verir.

"Qlobal iqtisadi dirçəliş şəraitində əmtəə qiymətlərindəki davamlı yüksəlməsi önümüzdəki 12-18 ayda sənayenin fundamental göstəricilərinin dönməsinə şərait yaratmalıdır", - məlumatda deyilir.

Bununla yanaşı, "Moody's" neft-qaz üzrə ortamüddətli proqnozunu qoruyub-saxlayıb. Belə ki, agentlik neftin bir barelinin qiymətlərinin 45-65 dollar arasında, "Henry Hub" satış mərkəzində təbii qazın 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün isə 2-3 dollar civarında olacağını ehtimal edir.