Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Sosial Təminat və Əmək Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb.
Sazişi nazirlər Sahil Babayev və Linas Kukuraytis görüş zamanı imzalayıb.
Sənəd iki ölkə arasında sosial təminat və əmək sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Azərbaycan və Litva əmək nazirlərinin görüşü DOST mərkəzində keçirilib.