• 26 Dekabr 2024
logo
AİB: Azərbaycanın ÜDM-i bu il 1,9%, gələn il 2,5% artacaq

AİB: Azərbaycanın ÜDM-i bu il 1,9%, gələn il 2,5% artacaq

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatı 1,9% böyüyəcək.

"APA-Economics"in AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatına istinadən verdiyi məlumata görə, iqtisadi artımın əsas drayverləri daha yüksək karbohidrogen qiymətləri olacaq. 2022-ci ildə isə ölkədə ÜDM-in artım tempinin sürətlənərək 2,5%-ə çatacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyasının səngiməsi, yerli və xarici tələbin bərpa olması iqtisadi artıma müsbət təsir göstərəcək. Ermənistanla 44 günlük müharibənin isə aşağı mənfi iqtisadi təsirinin olduğu bildirilir. İstehlakçıların etibarı bərpa edildikdə və neft gəlirlərinin dövlət investisiyaları üçün istifadəyə üçün daha əlçatan olandan sonra, qeyr-neft sektorunun inkişafının neft sənayesini geridə qoyacağı güman edilir.

Xatırladaq ki, Azərbaycanın COVID-19-a qarşı müxtəlif vaksinlərin tədarükçüsü olduğu üçün artıq bu ilin sonuna ölkə əhalisinin 20%-nin peyvənd olunacağı proqnozlaşdırılır.