Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,6% azalaraq 656,1 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 408,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 62,2%-ni təşkil edib.