• 26 Dekabr 2024
logo
Azərbaycan qızıl ixracını kəskin artırıb

Azərbaycan qızıl ixracını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 43,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 19% çoxdur.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə ölkə 36,3 mln. dollar dəyərində qızıl ixrac edib.

Məlumata görə, mart ayında Azərbaycan 8,8 mln. dollarlıq qızıl ixrac edib, bu da 2020-ci ilin martın göstəricisi ilə müqayisədə 2,2% azdır.