• 26 Dekabr 2024
logo
SOCAR qeyri-neft məhsullarının ixracından gəlirlərini kəskin artırıb

SOCAR qeyri-neft məhsullarının ixracından gəlirlərini kəskin artırıb

Bu ilin yanvar-mart aylarında SOCAR-ın marketinq və İqtisadi Əməliyyatlar idarəsi qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı olub.

"APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, hesabat dövründə qurum qeyd olunan sektor üzrə 52,5 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da illik müqayisədə 56,25% çoxdur.

Məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 33,6 mln. dollar təşkil edib.

Bununla yanaşı, qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektləri reytinqində “SOCAR Polymer” MMC (dövlət-özəl sektor tərəfdaşlığı nəticəsində yaranan müəssisə). Hesabat dövründə MMC 48,2 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edib, bu da 2020-ci ilin birinci rübünün göstəricisi (31,4 mln. dollar) ilə müqayisədə 53,5% çoxdur.