• 13 May 2025
logo
AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslər yerinə yetirəcək

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslər yerinə yetirəcək

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiya Federasiyasının daha bir şəhərinə - Mineralnıye Vodı - aviabilet satışına başlayır.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.
Aviaşirkət “COVID-19” pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökumətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.