“Son 5 il ərzində istismarda olanda avtobusların 46 faizi yenilənib, onların 76 faizi sıxılmış təbii qazla işləyir”.
Bunu 6-cı Qlobal Yol Təhlükəsizliyinə həsr olunmuş tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, bu müddətdə 11 məntəqədə 88 yeni yeni svetofor quraşdırılıb: “Orta məktəb şagirdlərinin təhlükəsizliyi prioritet məsələdir, ötən il 22 məktəbin ətrafında təhlükəsizliklə bağlı işlər görülüb”.