TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 1000 layihə dəstəklənib.
Trend-in məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, bunun üçün üç müxtəlif maliyyə mexanizmi tətbiq edilib: “Birbaşa qrant, birbaşa və proqram töhfə vəsaitləri ilə ümumilikdə 20 şəhər, 67 qəsəbə və 600 kənddə 1000 layihə həyata keçirilib”.
S.Düzyol deyib ki, bundan əlavə, turizm sahəsində xidmət diversifikasiyasına, kənd yerlərində səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə, məktəb, kitabxana, idman kompleksləri və ümumi sosial obyektlərin təkmilləşdirilməsinə və digər məsələlərə dəstək göstərilib.