Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IDB) Prezidenti Bəndər Həccar və həmkarları ilə görüşüb.
Bu barədə M. Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, görüşdə tərəfdaşlığın, özəl sektora dəstəyin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, IDB-nin işğaldan azad edilən ərazilərin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.