Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyalarının bir hissəsi kimi qlobal əməliyyatları dəstəkləyən SWIFT şəbəkəsindən yeddi Rusiya bankını xaric edir.
"Reuters"in verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi jurnalında (hər iş günü Aİ-nin üzv dövlətlərin bütün rəsmi dillərində nəşr olunan qəzet) dərc olunub.
Qeyd edilir ki, SWIFT şəbəkəsində əməliyyatlarını dayandırmaq üçün 10 gün vaxt veriləcək Rusiya bankları "Bank Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Bank Rossiya", "Sovkombank", VEB.RF və Rusiyanın ikinci ən böyük dövlət bankı VTB-dir.
Xatırladaq ki, yalnız Aİ-nin rəsmi jurnalında dərc edilmiş hüquqi aktlar icbari gücə malikdir.