• 15 Yanvar 2025
logo
Rusiya bankları yaxın illərdə yerli proqram təminatına keçə bilər

Rusiya bankları yaxın illərdə yerli proqram təminatına keçə bilər

Rusiya banklarının 2025-ci ilədək yerli proqram təminatına keçməsi üçün kifayət qədər vaxtı var.
Bunu Rusiya Banklar Assosiasiyasının sədri Aleksey Voylukov bildirib.
Qeyd edək ki, prezident Vladimir Putinin martın 28-də imzaladığı fərmana görə vacib sahələr üzrə xarici proqram təminatının alınması müvafiq strukturlarla razılaşdırılmalıdır. 2025-ci ildən etibarən isə bütün vacib infrastrukturlarda xarici proqram təminatından istifadə qadağan ediləcək.