Dolların məzənnəsi 24 fevraldan bəri ilk dəfə 81 rubldan aşağı enib
Moskva birjasının valyuta hərraclarında ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 3,45% ucuzlaşaraq 80,33 rubl təşkil edib.
TASS-ın verdiyi məlumata görə, sonuncu dəfə dolların məzənnəsi 81 rubldan aşağı 23 fevral olub. Saat 11:10-da kimi dolların məzənnəsi 83,34 rubla (+0,17%) yüksəlib, avronun məzənnəsi isə 92,41 rubla (-0,04%) enib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 20%-dək artırdığından və Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlamasından (23 mart) sonra rubl ABŞ dollarına və avroya qarşı möhkəmlənməyə başlanıb.
Digər xəbərlər
15 Sentyabr 2025 10:43
126
12 Sentyabr 2025 09:30
1 029
12 Sentyabr 2025 09:29
959
9 Sentyabr 2025 10:47
1 463
2 Sentyabr 2025 12:13
3 157
22 Avqust 2025 09:15
4 193
11 Avqust 2025 10:24
5 845
4 Avqust 2025 13:28
6 811