• 14 İyul 2025
logo
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 51,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,69 dollar/barel azdır.

Bu barədə Tölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 51,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 45,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 50,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.