• 10 İyul 2025
logo
Nazir: OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq

Nazir: OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq

OPEC-in üzv ölkələri dünyada yayılmış koronavirus fonunda neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Süheyl əl-Mazrui deyib.

O, əmin olduğunu bildirib ki, günün sonunadək nazirlər ümumi qərar edə biləcəklər.

Nazir əlavə edib ki, OPEK+ nazirlər komitəsinin bütün üzvləri hasilatın azaldılması sazişi üzrə tövsiyələrlə bağlı razılığa gəlib.

Qeyd edək ki, martın 5-6-da Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək.