• 12 İyul 2025
logo
AZAL-dan Bakı-İstanbul reyslərinə - Xüsusi təklif

AZAL-dan Bakı-İstanbul reyslərinə - Xüsusi təklif

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir.

Bu barədə Baymedia.az-a AZAL-dan bildirilib.

Əlverişli qiymətlərlə aviabiletləri bu gündən başlayaraq oktyabrın 19-na qədər əldə etmək mümkündür. Həmin biletlərlə 1 noyabr 2023-cü ildən 30 mart 2024 -cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletlərin qiyməti 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə biletlərin qiyməti isə 226 dollardan başlayır.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya Azərbaycan Hava Yollarının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.