• 21 May 2024
logo
Tovuzda sevgilisi tərəfindən yandırılan qadın öldü

Tovuzda sevgilisi tərəfindən yandırılan qadın öldü

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.

Baymedia.az xəbər verir ki, aprelin 19-da rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.