• 19 May 2024
logo
Bakı metrosunda sərnişin müdaxilə etdi, nasazlıq yarandı

Bakı metrosunda sərnişin müdaxilə etdi, nasazlıq yarandı

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Bu barədə Baymedia.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.