• 5 İyul 2025
logo
Elektrik kəsildi, lift 1-ci mərtəbədə dayanmadı: 2 nəfər...

Elektrik kəsildi, lift 1-ci mərtəbədə dayanmadı: 2 nəfər...

16:35

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Baymedia.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ilkin ehtimala görə, elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq səbəbindən liftin 1-ci mərtəbədə dayanmayıb buferə dəyməsi nəticəsində iki nəfər xəsarət alaraq liftdə qalıb.

Xilasedicilər müvafiq vasitələrlə liftin qapısını açaraq vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:23 radələrində Xətai rayonu, Babək prospekti 10 A ünvanından liftin qırılması səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub:

"Hadisə nəticəsində 35 yaşlı şəxs (kişi cinsli) qapalı kəllə-beyin travması, 45 yaşlı şəxs (kişi cinsli) sol budun və topuğun travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".