• 8 Sentyabr 2024
logo
Elektrik çatışmazlığına görə Təbrizdə idarələr bağlandı

Elektrik çatışmazlığına görə Təbrizdə idarələr bağlandı

Ölkədə hökm sürən elektrik enerjisi çatışmazlığına görə bu gün Təbriz şəhərində bütün dövlət idarələrinin iş saatı azaldılıb və saat 12-dən sonra tətil elan edilib.

Baymedia.az xəbər verir ki, bu barədə əyalət valiliyi elan edib.

Qeyd edək ki, bir neçə ildir yay aylarında ölkədə elektrik enerjisi qıtlığı səbəbindən problemlər yaşanır. Xüsusən Şərqi Azərbaycan əyalətində elektrik enerjisi çatışmazlığı və elektrik enerjisinin verilişindəki uzunmüddətli fasilələr ən çox polad sənayesi sahəsinə ziyan vurur.