• 18 Aprel 2025
logo
Şəmkirdə 42 yaşlı kişinin meyiti tapılıb

Şəmkirdə 42 yaşlı kişinin meyiti tapılıb

Şəmkirdə meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, meyit Şəmkir şəhəri ərazisində, rayon mərkəzi xəstəxanasının keçmiş binasının 3-cü mərtəbəsində tapılıb.

Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 1983-cü il təvəllüdlü R.Həsənovdur.

Meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.