• 27 Dekabr 2024
logo
Daha bir istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib

Daha bir istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib. Reyd zamanı “Alma” istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.