• 26 Dekabr 2024
logo
Saatlı və Zərdab sakinlərindən odlu silah götürülüb

Saatlı və Zərdab sakinlərindən odlu silah götürülüb

Saatlı və Zərdab sakinlərindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Azadkənd sakini S. Orucovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov silahı aşkar edilərək götürülüb.

Bundan başqa, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri Ş. Musayev və B. Nuruyev ov silahlarını könüllü olaraq RPŞ-yə təhvil veriblər.