• 27 Dekabr 2024
logo
Bakıda kuryer şirkətinə qarşı antiinhisar qanunvericiliyinin pozulmasına görə iş qaldırılıb

Bakıda kuryer şirkətinə qarşı antiinhisar qanunvericiliyinin pozulmasına görə iş qaldırılıb

COVID-19 pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, artan tələbatı nəzərə alaraq, qurum tərəfindən kuryer xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarəti daha da artırılıb.

Araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.

Bununla əlaqədar Xidmət tərəfindən “Wolt Azərbaycan” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılmasının nəticəsi olaraq müvafiq qərar qəbul edildikdən sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.