• 4 İyul 2025
logo
Baş Prokurorluq: Gecə klubunda partlayışda 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Baş Prokurorluq: Gecə klubunda partlayışda 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.