Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.