• 31 İyul 2025
logo
Niyaməddin Orduxanlının Tik-Tok səhifəsinə 1 milyon 500 min baxış olub

Niyaməddin Orduxanlının Tik-Tok səhifəsinə 1 milyon 500 min baxış olub

BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlının Tik-Tok səhifəsi rekorda imza atıb. On gün ərzində səhifəyə baxış sayı 1 milyon 500 min olub. "Xalq Cəbhəsi.az" saytına açıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, 10 gün ərzində bu cür nəticə əldə etmək çox böyük göstəricidir:" 1 milyon 500 min insan mənin səhifəmdə yayılan videolarımla, açıqlamalarımla tanış olub. 155 min like, on minlərlə rəy və minlərlə paylaşım olunub. Açıq şəkildə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda ən böyük izlənilən sosial şəbəkə platforması Tik-Tokdur. Deyilənə görə, Azərbaycanda 9 milyon insan Tik-Tokun izləyicisi var. Bu faktı nəzərə alaraq mən bir soyasətçi olaraq 10 gün bundan qabaq "Niyameddin_Orduxanlı" adlı səhifə açdım. Paylaşım videolarım ölkə mətbiatında verdiyim müsahibələr və liderim Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışları, müsahinələri oldu və paylaşımlarımın böyük əksəriyyəti Tik Tokun özü tərəfindən KƏŞFETƏ salındı. Tək bir viideoya 206 min baxış, 10 min like, minlərlə rəy, minlərlə paylaşım olundu. Qüdrət bəyin Parlamentdək çıxışına 110 min insan baxıb, minlərlə insan rəy yazıb və paylaşım edib Təsəvvür edin, artıq qısa müddətə izləyicilərimin sayı 12 000 çatıb və hər gün də səhifəmə yüzlərlə yeni üzvlərin say artmaqdadır. Məncə, siyasətçi bütün platformalarda öz düşüncələrini, fikirlərini yaymalıdır və ictimaiyyətə məlumat çatdırmalıdır. Bir həqiqətdir ki, bu gün insanlar televiziyadan çox sosial şəbəkələri izləyirlər. Bu gün milyonlar televiziyaya baxmırlar, soaial şəbəkələrə,Tik Toka, facebooka və digər platformalara baxırlar. Baş verənləri telefon üzərindən alırlar. Əldə olunan nəticələr bunu deməyə əsas verir. Bu bir həqiqətdir. Mən bu platformada milyonlarla insana ölkəmizin ictimai siyasi vəziyyəti ilə bağlı daha dolğun məlumatlar çatdırırmağı düşünürəm. Qeyd etdiyim kimi ölkə mətvuatına verdiyim müsahibələri, açıqlamalarımı çatdıracam. İzləyicilərimin sayının yüz minlərin olmasını düşünürəm."