• 30 İyul 2025
logo
Şamaxıda polis qohumunu güllələdi

Şamaxıda polis qohumunu güllələdi

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən Baymedia.az-a bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.