• 31 İyul 2025
logo
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

13:55

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə Baymedia.az-a ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

***

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.

Agentlikdən bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.