• 8 Sentyabr 2024
logo
Seçkilərə görə azərbaycanlı jurnalist cəzalandırıldı

Seçkilərə görə azərbaycanlı jurnalist cəzalandırıldı

Qəzvin şəhərində yaşayan azərbaycanlı jurnalist və sosial media fəalı Müctəba Rəhimi cərimə cəzasına məhkum edilib.

Baymedia.az xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib.

“Prezident seçkisinin başa çatmasından sonra iyul ayının 13-də “yalan məlumat yaymaq və ictimai rəyi çaşdırmaq” ittihamına görə 6 milyon 600 milyon tümən (rəsmi məzənnə ilə 170 dollar) cərimə cəzasına məhkum edildim”, - jurnalist yazıb.

Qeyd edək ki, İranda keçirilən prezident seçkisi ilə bağlı 113 sosial media fəalı həbs edilib, onların çoxu dindirildikdən sonra girov qarşılığında sərbəst buraxılıb.