• 8 Sentyabr 2024
logo
Yalnız bu media subyektləri ödənişsiz təşviqat apara bilər

Yalnız bu media subyektləri ödənişsiz təşviqat apara bilər

Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetinə aiddir. Başqa media subyektləri ödənişsiz təşviqat apara bilməz.

Bu sözləri Baymedia.az-a MSK-nın Media və ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədli deyib.

“Hazırda namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir. Bu proses başa çatdıqdan sonra seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların bloklarında bu hüquq yaranmış olur. Avqustun 9-dan isə seçkiqabağı təşviqat kampaniyası başlayacaq”, - o bildirib.