• 18 Sentyabr 2024
logo
Azərbaycanda bu məşhur veriliş bağlandı

Azərbaycanda bu məşhur veriliş bağlandı

Speys TV-nin rəhbərliyi Amil Xəlilin aparıcısı və müəllifi olduğu "Gəl danış" sosial-kriminal verilişini bağlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb.

"Dostlar, bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihəmiz yayımlanmayacaq. 9 il ərzində şou etmədim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər bizə üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o “mənəm-mənəm” deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə, qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq. Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm Speys TV çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun", - aparıcı bildirib.