• 30 Dekabr 2024
logo
Rustavi-2-nin səhmlərinə həbs qoyuldu

Rustavi-2-nin səhmlərinə həbs qoyuldu

Tiflis Şəhər Məhkəməsi Rustavi-2-nin səhmlərinin 60%-nə həbs qoyub.
Bu məlumatı kanalın keçmiş sahibləri David Dvali və Carci Akimidzeninin vəkili Kaxa Kocoridze jurnalistlərə açıqlamasında deyib. Həbsə səbəb kanalın keçmiş sahiblərinin Rustavi-2-nin səhmlərinin 60%-nin onlara qaytarılmasını tələb etmələri olub.
Məhkəmənin bu qərarı kanalın yeni rəhbəri Kibar Xalvaşinin bu səhmləri satmaq təhlükəsiylə əlaqədar atdığı vurğulanıb.