“Mediada milli dövlət maraqlarımızın daha ciddi qorunmasının tərəfdarıyam. Bəli, senzura yoxdur, hər kəs fikirini müstəqil və azad formada ifadə edə bilər. Amma media kapitanları bu məsələyə diqqət etməlidir. Prezident Əliyev 30 ildir xalqımızın arzusu və xəyalı olan işləri həyata keçirib. Amma bəzən elə yazılara rast gəlirsən ki, adam mətəəl qalır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı deyib.
Deputat əlavə edib ki, hərbi vətənpərvərlik istiqamətində işlərin görülməsini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatlarının fəallığını gözləyir.
“Mən eyni zamanda sosial şəbəkələrdə dövlətin onurğa sütununu təşkil edən orqanların-polisin, ordununun, təhlükəsizlik qüvvələrinin, prokurorluğun gözdən salınmasına yol verməz hesab edirəm. Bəli, sosial şəbəkələr azaddır, insanlar fikirlərini ifadə edə bilərlər. Amma dövlətçilik məsələsi daima diqqətdə olmalıdır. Mən bu yolda olanları siyasi mövqeyindən, fikirindən asılı olmayaraq milli dövlətçiliyimiz məsələsində birliyə dəvət edirəm”.- deputat bildirib.
Əli