• 4 May 2024
logo
Məşhur redaktor evində ölü tapıldı

Məşhur redaktor evində ölü tapıldı

“Kuban” dövlət televiziya və radio yayımı şirkətinin internet qrupunun rəhbəri Zoya Konovalova və keçmiş həyat yoldaşı evdə ölü tapılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, ilkin ekspertiza zamanı heç bir gözə çarpan xəsarət aşkar edilməyib. Polisin məlumatına görə, hadisə yerindən bir torba toz tapılıb. Ölümün ilkin səbəbi isə naməlum maddədən qaynaqlanan zəhərlənmə hesab olunur.

Faktla bağlı araşdırma davam edir. Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.

Qeyd edək ki, 48 yaşılı jurnalistin bir oğlu və bir qızı var.